10 iyun 2014-cü il tarixdə saat 21-30 radələrində Daşkəsən rayonu ərazisində güclü dolu ilə müşayiət olunan yağan leysan yağışlarının nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəyib.
SİA-nın məlumatına görə, daha çox ziyan rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Kəmərqaya, Zəylik, Quşçu, Çovdar, Bayan kəndləri, Daşkəsən, Mədənçilər, Alunitdağ və Daşkəsən şəhər ərazilərinə dəyib.
Baş vermiş təbii fəlakətin vurduğu ziyanın miqdarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi məqsədilə Rayon Fövqəladə Hallar komissiyası və aidiyyəti üzrə qurumlar tərəfindən işlər aparılır.
Dəymiş ziyanın aradan qaldırılması üçün daxili imkanlar hesabına aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB