Bakıda Nüvə silahlarından müdafiə üzrə seminar keçiriləcək

Bakıda Nüvə silahlarından müdafiə üzrə seminar keçiriləcək

İyunun 12-i və 13-də Bakı şəhərində Kimyəvi, Bioloji, Radioaktiv və Nüvə silahlarından müdafiə üzrə seminar keçiriləcək. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, seminar Azərbaycan-Bolqarıstan ikitərəfli əməkdaşlıq planına əsasən həyata keçiriləcək. Seminarda Silahlı Qüvvələrimizin hərbi qulluqçuları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə