Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri beynəlxalq konfransda məruzə edib
Rusiyanın paytaxtı Moskvada "Qanunvericilik, informasiya hüququ və informasiya təhlükəsizliyinin sistemləşdirilməsi ilə bağlı aktual problemlər" mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutundan bildirmişlər ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Hüquqi İnformasiya Elmi Mərkəzinin təşkil etdiyi tədbirə Rusiya, Azərbaycan, Belarus, Ukrayna və digər ölkələrdən olan alim və mütəxəssislər qatılmışlar.
Konfransda AMEA Fəlsəfə və Hüquq İnstitutunun dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, hüquq elmləri doktoru Habil Qurbanov "Azərbaycanda qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin aktual problemləri" mövzusunda məruzə ilə çıxış etmişdir.
Azərbaycanlı alimin məruzəsi maraqla qarşılanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB