“Alov Qüllələri” dünyanın 12 ən gözəl yeni tikilisi sırasında

“Alov Qüllələri” dünyanın 12 ən gözəl yeni tikilisi sırasında

Hündürlüyünə və memarlıq üslubuna görə dünyanın ən gözəl tikililərini müəyyənləşdirən "Emporis" şirkəti yeni reytinqini açıqlamışdır.

Türkiyə mətbuatı xəbər verir ki, birinci yerə Londondakı "Şard Qülləsi"nin (Shard of Glass) layiq görüldüyü 12 ən gözəl göydələnin siyahısında Bakıdakı "Alov Qüllələri" (Flame Towers) altıncı sırada yer almışdır.

"Emporis" şirkəti bu reytinq cədvəlini dünyanın 300 yeni tikilisi arasında apardığı seçim əsasında tərtib etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə