Bakıda Xəzər-Avropa Klubunun təşkilatçılığı ilə biznes forum keçirilib

Bakıda Xəzər-Avropa Klubunun təşkilatçılığı ilə biznes forum keçirilib

Bakıda Xəzər-Avropa Klubunun (CEIBC) təşkilatçılığı ilə biznes forum keçirilib. SİA-nın məlumatına görə, tədbirin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin sədrliyi ilə keçirilən biznes forumda bu qurumun nümayəndələri, Xəzər-Avropa Klubunun üzvləri və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən CEİBC-nin baş icraçı direktoru Telman Əliyev bildirib ki, klub üzvlərinin dövlət məmurları ilə görüşü mütamadi olaraq keçirilir.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev söz alaraq Azərbaycan iqtisadiyyatının inkişafı xarici miqrantların ölkəyə axınına şərait yaratdığını diqqətə açatdırıb. Onun sözlərinə görə Azərbaycanlı mütəxxəsisslərin çalışdığı yerlərədə sadəcə xarici vətəndaşların işləməsinə icazə verilir. Firudin Nəbiyev həmçinin görülən işlərdən, qarşıda duran vəzifələrdən və bu sahədə qəbul olunmuş qanunlardan danışıb.

Miqrasiya xidmətinin əməkçi miqrantların 2015-ci ilin kvotasını müəyyənləşdirmək üçün şirkətlərə və klublara müraciət edəcəyini deyən xidmət rəisi əlavə edib ki, Azərbaycan ərazisinə 500 min manatdan artıq investisiya qoyan şəxslərə 3 ilədək ölkədə yaşamaq icazəsi veriləcək. Firudin Nəbiyev qeyd edib ki, qeyri-qanuni əməkçi miqrant işlədən şirkətlərlə yanaşı, onları gətirən şəxslərə qarşı da cinayət məsuliyyəti tətbiq olunacaq: "Xarici vətəndaşların respublika ərazisinə girdikdə üç gün ərzində qeydiyyata düşməlidir".

Qeyd edək ki, tədbirdə Firudin Nəbiyevə klubun fəxri üzvü sertifikatı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə