Bu gün Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüşüb. SİA-nın məlumatına görə, son iki ildə Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edənlərin sayı kifayət qədər artıb. Bu barədə jurnalistlərə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev məlumat verib: "Cari ilin ilk yarısında 237 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Bu rəqəm 2013-cü ildə 575 nəfər olub: "Bu gün Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərlə görüş keçirdim və onları bu münasibətlə təbrik etdim. Azərbaycan vətəndaşlığına müraciət edənlər həqiqətən də çoxdur. Növbəti müraciətlərə isə sentyabrda baxılacaq. Onu da deyim ki, Azərbaycan vətəndaşlığına qəbul olunmaq istəyənlər müxtəlif ölkələrin vətəndaşlarıdır. Onların arasında Avropa ölkələrindən, Şərq ölkələrindən olanlar və Azərbaycanı 90-cı illərin əvvəllərində tərk etmiş azərbaycanlılar daxildir".
Qeyd edək ki, Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə bu gün 111 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, 2 nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB