İyunun 10-da saat 23:00-dan paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyədək yol avtomobillərin hərəkəti üçün bağlanacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, küçənin bağlanmasına səbəb asfalt-beton örtüyünün dəyişdirilməsidir.
P. Mürsəliyev həmçinin bildirib ki, küçə açılanadək sürücülər alternativ yollardan istifadə etsələr daha düzgün olar.
Qeyd edək ki, yuxarıda qeyd olunan yol iyunun 6-dan 7-nə keçən gecə bağlanmalı idi, lakin TQDK tərəfindən XI sinif uşaqları üçün buraxılış imtahanları keçirildiyindən, yolun bağlanması təxirə salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB