İyunun 10-da "Səs" qəzetinin redaksiyasına Hüquqi və Demokratik İslahahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Unudulmaqda olan milli mənəvi dəyərlərimizin qorunması və təbliği" layihəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. Layihənin rəhbəri, HDİM sədri İlham Əliyev mövzunun aktuallığından danışıb və görüləcək işlərlə bağlı məlumat verib.
Layihə rəhbəri deyib ki, müasir, qloballaşan dünyada hər bir xalqın və ya ölkənin gəncliyi zamanla ayaqlaşmaq istəyir, lakin bir çox hallarda öz kökündən, milli-mənəvi dəyərlərindən uzaqlaşdığının fərqində belə olmur: "Bu söylənilənləri Azərbaycan gəncliyinə də aid etmək olar. "Unudulmaqda olan milli mənəvi dəyərlərimizin qorunması və təbliği" layihəsinin əsas məqsədi də unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması və onların qorunmasında gənclərin fəallığının artırılmasıdır".
Layihə çərçivəsində təşkil edilən tədbirlərdə milli-mənəvi dəyərlərimiz, unudulmuş deyə biləcəyimiz adət-ənənələrimizdən, mənəvi yaddaşımızın bərpası yönündə görülə biləcək işlərdən, habelə dəyərlərimizin qorunmasında yeni nəslin, ümumən vətəndaşlarımızın üzərinə düşən vəzifələrdən danışılacağını deyən layhiə rəhbərinin sözlərinə görə, hər bir millətin varlığını sürdürməsində gəncliyin rolu olduqca önəmlidir, eyni zamanda gəncliyin üzərinə böyük vəzifə düşür.
Tanınmış ziyalı, dinşünas Hacı Teymur Quliyev bu layihədə əsas məqsədin qloballaşan dünyada çağdaş gəncliyimizə milli-mənəvi dəyərlər sistemimizi təbliğ etmək sahəsində bir mənbə forrmalaşdırmaq olduğunu deyib: "Əgər yetişməkdə olan gənc nəslə bu gün milli-mənəvi dəyərlərimizi təbliğ etməsək, sabah gec olacaq".
Layihə rəhbəri deyib ki, 3 ay davam ecəcək layihə çərçivəsində Bakı və Şirvan şəhərlərində, Kürdəmir, Xaçmaz rayonlarında İctimaiyyət və QHT nümayəndələri, ictimai xadimlər, tarixçi, etnoqraf, ədəbiyyatşünas və digər ekspertlərin iştirakı ilə 6 dəyirmi masa keçirləcək. KİV-də ictimai müzakirələr və televiziya proqramları hazırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB