Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) doktorantları Vəfa Rüstəmova və Aynur Mehtiyeva Özbəkistanın Daşkənd və Karşi şəhərlərində təlim kursu keçiblər. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Kurs GEİ və Livanda yerləşən Quraqlıq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA) tərəfindən maliyyələşdirilib.
Bir aylıq kurs çərçivəsində gənc alimlər buğda bitkisinin xəstəliklərə davamlılığı, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi, hibridləşdirmə, kəmiyyət və keyfiyyət əlamətləri üzrə seçmənin aparılması və s. istiqamətlərdə tədqiqat metodotikalarını mənimsəyib. Kurs zamanı doktorantlar öz tədqiqat işləri üçün 100 yumşaq buğda nümunəsi seçiblər və bu nümunələr 3 il ərzində institutda Azərbaycan mənşəli nümunələrlə müqayisəli qiymətləndiriləcək.
Doktorantlar kursu müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB