Növbəti qadağan olunan vasitələrin keçirilməsinin qarşısı alınıb

Növbəti qadağan olunan vasitələrin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.3; 331.2; 331.3; 125; 150.2.5; 338.1; 341.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Rəhim oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu Məhəmməd İsmayıl oğlu İsmayılovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Bu zaman yeməklə dolu qazanın dibində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd "Nokia-1280" markalı, 1 ədəd "Nokia X6" markalı, 1 ədəd "TMT-T-M3" markalı, 1 ədəd "Nokia C2-01" markalı və 1 ədəd "Nokia-E6" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə