“İşıqlı həyat” sosial yönümlü layihə həyata keçirilir

“İşıqlı həyat” sosial yönümlü layihə həyata keçirilir

2013-cü ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycanda ilk dəfə "Qaranlıqda görün" şuarı altında "İşıqlı həyat" sosial yönümlü layihə həyata keçirilir. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi Azərbaycanda yeniyetmə və gənclərin xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunmasıdır. 2014-cü il ərzində orta məktəblərdə, küçə və parklarda bir sıra maarifləndirici tədbirlər keçirilib, yeniyetmə və gənclərə Azərbaycan tarixini və milli mədəniyyətini əks etdirən müasir işıq qaytarıcı akssesuarlar paylanıb.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə layihənin növbəti Nərimanov rayonu üzrə mərhələsinə start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə