Bakıda avtobus sürücülərinə qarşı reyd keçirilir. Bu barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, paytaxt ərazisində son vaxtlar avtobuslar arasında baş verən yol qəza hadisələrinin artdığını nəzərə alaraq idarə rəisinin göstərişinə əsasən paytaxtın bütün küçə və prospektlərində avtobus sürücülərinə qarşı reydlərə start verilib.
Onun sözlərinə görə, reyd zamanı avtobus sürücülərinin sürücülük vəsiqələrində "D" kateqoriyası, yol hərəkət qaydasına necə riayət etməsi, dayanacaqlarda sərnişinlərin avtobusa minib-düşmə qaydasına riayət etməsi qaydaları yoxlanılacaq.
V. Əsədov əlavə edib ki, iyunun 15-dən iyulun 15-ə qədər "Sürücülər, intizamlı olaq!" adı altında hərəkətin təhlükəsizliyi ayı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB