Ağsu rayonunda cari ildə 33,7 min hektarda taxıl yetişdirilib. Artıq rayonda biçin kampaniyasına başlanılıb. Hələlik rayonun düzən və dağətəyi ərazilərində biçin aparılır.SİA-nın məlumatına görə, builki biçin kampaniyasında çətinliyin olmaması üçün kifayət qədər texnika səfərbər edilib. Hazırda zəmilərə hər gün 90-dək kombayn çıxarılır. Onlardan 17-si "Aqrolizinq" ASC-nin rayon "Aqroservis" filialı tərəfindən yeni alınmış, 28-i isə qonşu dağlıq rayonlarından gətirilib.
Qısa müddətdə 7300 hektaradək zəminin məhsulu yığılıb. Biçilən sahələrin 6800 hektarı arpa, qalanı isə buğdadır. Artıq düzən və dağətəyi ərazilərdə arpa biçini başa çatmaq üzrədir.
Bir neçə gündən sonra kütləvi surətdə buğda biçininə başlanılacaq. Rayonun bütün ərazilərində, xüsusilə Padarqışlaq, Gəgəli, Kəndoba, İlxıçı, Növcü və digər ərazilərində biçin kampaniyası mütəşəkkil aparılır.
Fermerlər və digər torpaq mülkiyyətçiləri bu mühüm strateji kampaniyanın vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələrini səfərbərliyə alıblar.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, cari mövsümdə rayon üzrə 60-63 min ton taxıl istehsal ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB