Uşaq və ailələrə dəstək mərkəzlərinin əməkdaşları üçün təlim kursu təşkil olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) nəzdində fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzlərinin sosial işçiləri üçün "Ailələrin qiymətləndirilməsi və fəaliyyət planının tərtibi" mövzusunda təlim kursu təşkil olunub. SİA-nın məlumatına görə, birhəftəlik təlim kursu AQUPDK və "Kontrapakt İnternational" təşkilatı tərəfindən Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib.
Qeyd edəkm ki, sosial işçilərin bilik və bacarıqlarının, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədi ilə təşkil olunmuş təlimdə Şüvələn, Sabirabad, Hacıqabul, Zərdab və Goranboy uşaq və ailələrə dəstək mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB