Ombudsman “Ziyalı” fəxri media diplomuna layiq görülüb

Ombudsman “Ziyalı” fəxri media diplomuna layiq görülüb

Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və kütləvi informasiya vasitələri ilə məqsədyönlü və sıx əməkdaşlığı həmişə diqqətdə olub, dəfələrlə yüksək dəyərləndirilib, müxtəlif mükafatlara, təşəkkürnamələrə və diplomlara layiq görülüb.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, hüquqi nəşrlərlə 25 ölkənin, o cümlədən 100-dən çox yerli təşkilatın, nəşriyyat evinin nəşr etdiyi kitabların təqdim olunduğu III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasında iştirak edib, 100-dən artıq hüquqi nəşri - insan hüquqları üzrə buklet, liflet, broşür, kitab, dərslik və dərs vəsaiti, tərcümə ədəbiyyatı nümayiş etdirmiş, sərgi yarmarkasında fəal iştirakına görə Mədəniyyət və Turizm Nazirliyinin Diplomu ilə təltif olunub.

90 illik yubileyi təntənəli surətdə qeyd edilən Azərbaycan xalqının Ümummilli Lderi Heydər Əliyevin ideyalarının həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində fəal iştirakına, insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində xidmətlərinə görə Müvəkkil "Qızıl buta" jurnalının redaksiya heyətinin qərarına əsasən, Müvəkkil "Milli İftixar" diplomu ilə təltif edilib.

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, bu qəbildən olan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, fiziki infrastrukturun onlar üçün müyəssər olması sahəsində real işlər gördüyünə və müvafiq lobbiçilik fəaliyyəti həyata keçirdiyinə görə Müvəkkil Əlil Təşkilatları İttifaqı tərəfindən "Əlilliyi olan şəxslərin dostu" mükafatı ilə təltif edib.

Müvəkkil yurdumuzun zəngin tarixinin təbliği, uşaq və gənclərə öyrədilməsi sahəsində xidmətlərinə, Azərbaycan Tarixi Muzeyi ilə səmərəli əməkdaşlığına, birgə ictimai, elmi-mədəni tədbirlərin təşkilində böyük səylərinə görə Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı tərəfindən "Təşəkkürnamə" ilə mükafatlandırılıb.

Azərbaycan və qazax xalqları arasında sülh və dostluğun möhkəmləndirilməsində böyük töhfələrinə, milli-mənəvi dəyərlərin təbliğində fəal iştirakına, insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində xidmətlərinə görə Müvəkkil "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Ölkəmizin gənclərinin hüquq düşüncəsinin yetkinləşməsi və cəmiyyətdə hüquq mədəniyyətinin təbliği sahəsində fəaliyyətinə, habelə tələbə-gənclərin hüquq sahəsinə maraqlarının artırılması, intellektual gənclərin ortaya çıxmasına əlverişli zəmin yaradılması, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması məqsədi ilə keçirilən "Tələbələrarası II Hüquq olimpiadası"nın təşkilində səmərəli əməkdaşlığa görə təsisat Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "Diplom"a layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə