Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 6 782 ədəd müxtəlif növ reabilitasiya vasitəsi, o cümlədən 149 ədəd əlil arabası əlilliyi olan şəxslərə təqdim edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmçinin müxtəlif növlərdə ümumilikdə 1 298 ədəd protez-ortopedik məmulat hazırlanaraq əlilliyi olan şəxslərin istifadəsinə verilib. Əlilliyi olan şəxslərin müraciətləri əsasında onlara məxsus 353 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir olunub.
Beləliklə, son 5 ay ərzində nazirliyin qeyd olunan müəssisələri tərəfindən əlilliyi olan şəxslər ümumilikdə 8 433 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB