İyunun 12-dən 16-dək Masallıda III Beynəlxalq folklor festivalının keçiriləcəyi ilə bağlı məlumat vermişdik. Təşkilat komitəsindən verilən xəbərə görə, artıq festivala hazırlıq işləri tam yekunlaşıb. Masallı qonaqlarını qarşılamağa hazırlaşır. İyunun 11-dən başlayaraq qonaqalar rayona gəlməyə başlayacaqlar. Festivalda 9 ölkənin 17 folklor qrupu iştirak edəcək. Rayona təxminən 300 nəfərə yaxın qonaq gələcək. Təşkilat komitəsindən bildirdilər ki, qonaqları yüksək səviyyədə qəbul etmək üçün bütün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, festivalın açılış mərasimi iyunun 13-də, bağlanış mərasimi isə 15-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB