“Zakir Həsənovun istefası ilə bağlı yazılanlar uydurmadır” RƏSMİ AÇIQLAMA

“Zakir Həsənovun istefası ilə bağlı yazılanlar uydurmadır” RƏSMİ AÇIQLAMA

Bu gün bəzi kütləvi informasiya vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb" başlıqlı məlumatlar yayması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini güdür, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurur. SİA bu barədə Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumata əsasən xəbər verir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub.

Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə