Sabah 35 dərəcə isti olacaq PROQNOZ

Sabah 35 dərəcə isti olacaq PROQNOZ

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək". Bubarədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata əsasən, mayın 10-da paytaxtda və yarımadada havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq: "Sabah ölkənin rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperatur Aran rayonlarında gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə