"Tibbin müasir nailiyyətləri”

"Tibbin müasir nailiyyətləri”

İyunun 7-də Daxili İşlər Nazirliyinin "Xəzri" Sağlamlıq və İstirahət Mərkəzində A.Heydərov adına Respublika Hospitalının 50 illik yubileyinə həsr olunmuş "Tibbin müasir nailiyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbiri hospitalın rəisi, tibb xidməti polkovniki, respublikanın əməkdar həkimi Ramiz Əkbərov açıb. O, tədbiri giriş sözü ilə açaraq bu səhiyyə ocağının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib. O, ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı nəticəsində burada bir çox yeniliklərin həyata keçirildiyini, 21 şöbənin, 2 mərkəzin, 1 bölmənin, 3 yardımçı xidmət sahəsinin fəaliyyət göstərdiyini və 100-dən çox həkimin daxili işlər orqanları əməkdaşlarının sağlamlıqları keşiyində durduğunu xatırladıb.

Hospitalda kadrlarla mütəmadi iş aparıldığı, maddi-texniki bazanın daha da möhkəmləndirildiyi, 30-a yaxın əməkdaşın Türkiyədə, Rusiyaa, Avstriyada, Macarıstanda və digər ölkələrdə təcrübə keçdiyi nəzərə çatdırıb.

Qeyd olunub ki, bu gün hospitalda 2 tibb elmləri doktoru, 11 tibb elmləri namizədi, 1 doktorant, 9 dissertant, 20 ali dərəcəli həkim, 25 ali dərəcəli tibb bacısı çalışır. Əldə etdikləri uğurlara görə 4 əməkdaşa Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar həkim" fəxri adı verilib.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov beynəlxalq konfransın iştirakçılarına daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun salamlarını çatdırıb.

Daha sonra Türkiyə və Rusiyadan gələn qonaqların məruzələri dinlənilib. A.Heydərov adına Respublika Hospitalının ayrı-ayrı əməkdaşlarının çıxışları da maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə