Coğrafiya İnstitutunun növbədənkənar iclası keçirilib

Coğrafiya İnstitutunun növbədənkənar iclası keçirilib

Coğrafiya İnstitutunun Elmi Şurasının növbədənkənar iclası keçirilib. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Ukraynadan gəlmiş alimlər - Ukrayna MEA-nın Dəniz Hidrofizika İnstitutunun direktoru, akademik Vitali Aleksandroviç İvanov və Ukrayna MEA-nın Geoloji Elmlər İnstitutunun baş elmi işçisi, geologiya üzrə fəlsəfə doktoru Anna Nikolayevna İvanova da iştirak ediblər.

V.A.İvanov "Xəzərin cənubunda suların dinamikası və monitorinqin təşkili" mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb. Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Xəzərdə aparılan tədqiqat işləri barədə məlumat verdikdən sonra qərara alınıb ki, Gürcüstan və İran mütəxəssislərini də cəlb etməklə Azərbaycan, Ukrayna və Rusiya arasında birgə iş birliyi haqqında proqram layihəsi işlənilsin.

Müzakirələrdən sonra AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutu ilə Ukrayna MEA-nın Geoloji Elmlər İnstitutu arasında birgə əməkdaşlıq barəsində müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə