Bakıda qeydə alınan tıxacın səbəbi məlum oldu

Bakıda qeydə alınan tıxacın səbəbi məlum oldu

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda qeydə alınan tıxacla bağlı məlumat yayıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, Ziya Bünyadov prospektinin Aşıq Molla Cümə küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar yolun bağlı olması Azadlıq və Atatürk prospektlərində sıxlığın yaranmasına səbəb olub. Sürücülərə həmin istiqamətdə nisbətən az hərəkət etmək və alternativ olaraq Əhməd Rəcəbli küçəsindən istifadə etmək tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə