Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda körpələr evi inşa olunur

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda körpələr evi inşa olunur

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsu şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa olunur. SİA Fondun saytına istinadən xəbər verir ki, 0,3 hektar ərazidə tikilən ikimərtəbəli uşaq bağçası-körpələr evi müasir memarlıq üslubunda olacaq. Burada 5 qrup üçün nəzərdə tutulan yataq, idman, musiqi, əyləncə, həkim otaqları, yeməkxana yaradılacaq.

Tikintisi yerli inşaatçılar tərəfindən aparılan uşaq bağçası-körpələr evinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə