Ümumilli Lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş "Qarabağnamə - Tələbəlararası İntellektual Yarışması" layihəsi çərçivəsində, Televiziya formatında əsas oyun həyata keçirilib. SİA-nın məlumatına görə, sözü gedən layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan İntellektual Oyunlar Klubu (AİOK) və Virtual Qarabağ İKT Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Layihə Qarabağın milli-mədəni dəyərlərinin fərqli metodla gənclər arasnda təbliği, Qarabağ həqiqətlərinin intellektual gənclər tərəfindən müxtəlif auditoriyalarda uğurlu nümayişi üçün şəraitin yaradılması, intellektual sahədə mövzu çərçivəsində milli-mədəni oyanışın yaradılması və gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədini daşıyır.
Atrium Hoteldə baş tutan layihədə Qarabağın 11 rayonunun adını özündə əks etdirən 11 komanda mübarizəyə qoşulub və keçirilən seçim mərhələsində ən yüksək nəticə göstərən 3 komanda 2-ci mərhələdə birincilik uğrunda mübarizə aparıb. Qubadlı komandası yarışmanın qalibi olub.
Daha sonra əsas oyunun qalibləri və qarabagname.com saytı vasitəsilə həyata keçirilən virtual yarışmanın qalibləri təltif olunub.
Layihənin rəhbəri Çingiz Səfərovun sözlərinə görə televiziya tərəfindən həyata keçirilən çəkiliş yaxın günlərdə Mədəniyyət Kanalında yayımlanacaq.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB