Sabah Bakıda 34 dərəcə isti olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

İyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Məlumata görə, sabah gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

İyunun 8-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə