Bakıda təxminən yarım saat öncə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli SİA-ya bildirib ki, paytaxtda baş verən zəlzələ müəyyən qədər hiss olunub.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatda zəlzələnin yerli vaxtla 11:05:28-də Xəzər dənizində zəlzələ qeydə alındığı bildirilir. 5,4 maqnitudalı zəlzələ 84 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, iyunun 6-da da iki zəlzələ qeydə alınmışdı. Onlardan biri yerli vaxtla 01:34:19-da Xəzər dənizinin 30 km-də 3,1 maqnitudalı zəlzələ qeydə alınmışdı. Digəri isə yerli vaxtla 03:18:05-də Xəzər dənizinin 45 km dərinliyində zəlzələ qeydə alınmışdı. Hər iki zəlzələ hiss olunmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB