Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində təqribən 34000 manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Avaş kəndi yaxınlığında, dövlət sərhəd xəttindən 200 metr məsafədə ağacların arasında gizlədilmiş halda Hindistan və İran istehsalı olan "Veltram-200", "Alltram-200", "Tramagelzik", "Metadone-20", "Metadone-40" markalı hər birində 10 həb olan 13190 ədəd "konvolüt" tipli dərman preparatı bağlamaları aşkar olunub.
Dərman preparatlarını qanunsuz yolla dövlət sərhədindən keçirməyə cəhd edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB