İyunun 3-5-də GUAM-ın Ukrayna paytaxtındakı iqamətgahında təşkilatın iştirakçısı olan dövlətlərin maliyyə ekspertlərinin görüşü olmuşdur. Bu barədə GUAM-ın Kiyevdəki iqamətgahından məlumat vermişlər.
Tədbirdə Azərbaycan tərəfini Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev təmsil etmişdir.
Görüşün yekunları üzrə 2015-ci il üçün GUAM-ın büdcə layihəsi razılaşdırılmışdır. Büdcə layihəsi təsdiq üçün GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasına təqdim olunacaqdır.
Görüş çərçivəsində GUAM-ın iştirakçısı olan dövlətlərin maliyyə ekspertləri təşkilatın maliyyə əsasnamələri və qaydalarının yeni redaksiyası üzərində işi də davam etdirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB