İyunun 6-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Fəlakətlərin İdarəolunması Milli Agentliyinin baş direktoru Mohammad Daim Kakar ilə görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildirmişlər ki, beynəlxalq konfransda fəal iştirakına görə qonağa təşəkkür edən Kəmaləddin Heydərov FHN-in fəaliyyət istiqamətləri və strukturları haqqında ətraflı məlumat vermişdir. Nazir demişdir ki, Azərbaycan hökuməti, o cümlədən Fövqəladə Hallar Nazirliyi dost Əfqanıstana humanitar yardımlar göndərilməsi məsələsinə diqqətlə yanaşır.
Qəbələdə uğurla başa çatmış beynəlxalq konfransın çox məhsuldar olduğunu, iştirakçılar tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə faydalı təkliflər irəli sürüldüyünü diqqətə çatdıran qonaq bildirmişdir ki, rəhbərlik etdiyi qurum Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin zəngin təcrübəsini öyrənmək və gələcəkdə onunla daha sıx əməkdaşlıq qurmaq istəyir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB