İyunun 4-5-də Soçidə MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SKQŞ) 71-ci iclası keçirilib. İclasda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti müşahidəçi qismində iştirak edib.
Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
İclasda MDB üzvü olan dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq, cari il ərzində görülmüş işlər və 2015-ci ildə planlaşdırılan tədbirlər, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində MDB dövlətlərinin sərhəd xidmətlərinin nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB