Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 2014-cü ilin mart ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin təşkili layihəsini icra edir.
Forumdan SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində " Regionlarda vətəndaş cəmiyyətinin inkişafı" mövzusunda növbəti tədbir Qəbələ rayonunda keçirilib. Tədbirdə regionda fəaliyyət göstərən QHT və KİV nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan MQF Qəbələ RQRTM-in İcraçı direktoru Anar Məhərrəmov tədbir iştirakçılarını salamlayıb və Qəbələ RQRTM-in 15 il ərzində fəaliyyəti, regionda fəaliyyət göstərən QHT-lər haqqında məlumat verib.
Daha sonra Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək iştirakçıları və qonaqları salamlayıb. Bildirib ki, Azərbaycanın gələcək inkişafını təmin edən bu proqramdan əhalinin xəbərdar olması, bütün ictimaiyyətin məlumatlandırılması, geniş kütlələrin bu müzakirəyə cəlb olunması, yüzlərlə vətəndaşın, mütəxəssisin, dövlət məmurunun, QHT və media nümayəndələrinin, alimlərin bu müzakirələrdə iştirak etməsi, bu Konsepsiyanın mahiyyətinin geniş ictimai dairələrə çatdırılması Konsepsiyanın daha effektli və səmərəli qəbul edilməsini təmin edən amillərdəndir. R.Zeyni regionlarda sosial iqtisadi inkişafla yanaşı, vətəndaş cəmiyyətinin də inkişaf etməsinin dövlətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçıları mövzu ətrafında öz fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB