Qəza nəticəsində xəsarət alan hərbçi evə buraxılıb

Qəza nəticəsində xəsarət alan hərbçi evə buraxılıb

Müdafiə Nazirliyi hərbçilərin qəzaya düşməsi faktını təsdiqləyib. SİA-nın xəbərinə görə, Nazirliyin mətbuat xidmətindən verilən məlumatda vurğulanır ki, qəza nəticəsində xəsarət alan, müddətdən artıq xidmət edən hərbi qulluqçu Əsgər Əliyevin xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəzanı törədən sürücü isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə