Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Astara rayonunun ucqar dağ kəndlərinin sosial problemlərinin uğurla həll edilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Bu fikirlər iyunun 5-də rayonun rəhbər işçilərinin dağlıq ərazidə yerləşən Tüləgüvan kəndinin sakinləri ilə keçirilən görüşdə səslənmişdir.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına rayon mərkəzindən 40-50 kilometr uzaqda yerləşən 20-dən çox yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasının sürətlə davam etməsi, yaşayış məntəqələrinə təbii qaz çəkilməsi, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolunun istifadəyə verilməsi, Toradi, Hamoşam, Pəlikəş, Asxanakəran, Anboba, Əzərüd kimi dağ kəndlərində yeni məktəb binalarının tikilməsi əhali tərəfindən böyük razılıqla qarşılanmışdır.
Görüşdə çıxış edən sakinlər kəndə təbii qaz xəttinin çəkilməsi, yol-abadlıq işləri, içməli su ilə təminat, elektrik xətlərinin təmiri, yeni məktəb binasının tikilməsi, Şəmətük kəndində çay üzərində körpünün salınması ilə bağlı təkliflərini səsləndirmiş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB