Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
İyunun 5-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində Saatlı, Biləsuvar, Cəbrayıl, İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyalarının səhvi ucbatından siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verilməsi ilə bağlı olmuşdur.
Səyyar qəbul zamanı DTXK-nın sədri Qərib Məmmədov hər bir vətəndaşı diqqətlə dinləmiş və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıq vermişdir.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunmuş, DTXK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq orqanlara çatdırılmaq üçün nəzarətə götürülmüşdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB