ETSN-nin tabeliyindəki qurumların siyahısı təsdiqləndi

ETSN-nin tabeliyindəki qurumların siyahısı təsdiqləndi

Nazirlər Kabineti "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nı təsdiq edib.

SİA-nın verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında büdcədən maliyyələşdirilən 121 qurum, 3 təsərrüfat hesablı təşkilat ("Təhlükəli Tullantılar" MMC, Layihələrin İcra Qrupu, Layihələndirmə Mərkəzi) yer alıb.

Büdcədən maliyyələşdirilən qurumların siyahısına 8 milli park, 10 dövlət təbiət qoruğu, 1 zooloji park, 11 balıqartırma təsərrüfatı, 6 meşə tingliyi mərkəzi, 33 meşə mühafizəsi və bərpası müəssisəsi, 2 regional meşəsalma müəssisəsi, 1 iriləşdirilmiş meşəbəylik (Şuşa İriləşdirilmiş Meşəbəyliyi), 4 meşə təsərrüfatı (Laçın, Zəngilan, Kəlbəcər və Ağdərə meşə təsərrüfatları), 8 hidrometeorologiya müəssisəsi, 4 axtarış, 1 planlama ekspedisiyası daxildir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumların siyahısında Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti, Samux Dövlət Ovçuluq Təsərrüfatı, Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Mərkəzi, Su Hövzələrində Bioloji Resursların Mühafizəsi Xidməti, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, Meşə Təsərrüfatı Tədbirləri Mərkəzi, Elmi-Tədqiqat Meşəçilik İnstitutu, Hidrometeoroloji Tədbirlər Mərkəzi, Baş Aviameteorologiya Mərkəzi, Hidrometeoroloji Proqnozlar Bürosu, Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsi, Mingəçevir İxtisaslaşdırılmış Göl Stansiyası, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi, Atmosfer Havası, Torpaq, Su Mühiti, Ekzogen Geoloji Proseslərin və Bioloji Müxtəlifliyin Monitorinqi Mərkəzi, Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzi, Milli Geoloji Kəşfiyyat Xidməti, Geoekoloji Monitorinq Mərkəzi, Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzi, Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası, Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyası, Nüvə-Geofizika Tədqiqatları Mərkəzi, Mineral Xammal Elmi-Tədqiqat İnstitutu, Hidrogeoloji, Geoekoloji, Mühəndis-Geoloji, Neft-Dağ Hasilatı və Kəşfiyyatının Monitorinqi Mərkəzi, Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzi, Metrologiya və Standartlaşdırma Mərkəzi, Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondu, Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi-Tətbiqi Mərkəz, Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi, İxtisaslaşdırma və İxtisasartırma İnstitutu, "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC və Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə