3 rayon üzrə əmək yarmarkası keçiriləcək

3 rayon üzrə əmək yarmarkası keçiriləcək

Bakının Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçiriləcək İyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakıda növbəti Əmək yarmarkası təşkil olunacaq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Bakı Tennis Akademiyasında (Binəqədi r-nu, 8-ci mkr., İbrahimpasa Dadasov kuc.,3158/3156, Azadlıq metrosunun yaxınlığı) baş tutacaq tədbirdə paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçiriləcək.

Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerlərii işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə