Tarixən ağsaqqallar, ağbircəklər ən hörmətə layiq insanla olublar. Onlar gənclərin məsləhət, güvənc yeri sayılıb. Cətinliyə düşən, məsləhətə ehtiyacı olanlar ahıl insanların yanına tələsiblər... Bəzən yaşlı insanları uşağa da bənzədirlər. Yəni yaşlandıqca onlar da uşaq kimi kövrək, hər sözdən inciyən, yumşaq qəlbli olurlar. Amma fərq ondan ibarətdir ki, uşağın hansısa bir hədiyyə ilə könlünü almaq olar. Yaşlı insanla üçün isə bu cətin məsələdir. Sadəcə, onların qayğıya, xoş rəftara ehtiyacları var.
Yasamal rayonu Abdulla Şaiq küçəsi 101 ünvanında yaşayan 80 yaşlı Zübeydə Əliheydər qızı Qəmbərovada ömürünün bu yaşında qayğıya, xoş rəftara ehtiyacı olan insanlardandır. Təssüf ki, o bundan məhrumdur. Özünün dediyinə görə, ömrünü təhsilə, elmə fəda etdiyinə görə, ailə qurmaq, oğul-qız anası olmaqdan uzaq qalıb. Bu azmış kimi qohumlarının biganə münasibətidə ona böyük zərbə olub. Nədi-nədi bu gəlimli- gedimli dünyada yaşlı Zübeydə ana onlara 15 kvt met-lik mənzilini vermir. Mənzili onlara versə, bəs özü harda yaşasın? Bu sual isə onları maraqlandırmır, əksinə ünvan göstərirlər - QOCALAR EVİNDƏ.
Zübeydə xanım deyir ki, onu evindən cıxarmaq üçün dayısı və bibisi qızları həyətdə kirayə saxladıqları Mədinə adlı qadından istifadə edirlər. Mədinə xanımda müxtəlif bəhanələrlə Zübeydə xanımı təhqir edir, ünvanına kücə söyüşləri yağdırır. Polisə, prokrorluğa şikayət etsə də şikayətinə baxılmır. Zübeydə xanımın yaşadığı 15 kvadratmetrlik mənzilin vəziyyətini seyr etdikcə insanda narahat doğuran hisslər yaranır. Ucuq, sökük mənzildə qatı üfunət iyi höküm sürür. Mənzin tam yarısını kəsən dəmir carpayının cürümüş ayaqları taxta döşəmənin üzərinə əyilib. Yəqin gecələr bu dəmir carpayıya yatmaq üçün uzanan Zübeydə xanım öz-özünə qohumlarının, müəyyən hallarda isə insanların ona olan ögey münasibətindən gileylənir, göz yaşları axıtmaqla Allahdan qərarını tezləşdirməyi xahiş edir. Bir sözlə Zübeydə xanımın yaşadığı həyata acımamaq mümükün deyil. İnanın, onun yaşayışını görən daş qəlbli insan belə dillənər.
Zübeydə xanımı təhqir edən, onu incidən qohumlarından "haqq dünyanızdan qorxmursiunuzmu" soruşmaq, niyə belə edirsiniz sualına cavab tapmaq istəyirsən. Nə fayda ki, qohumlar üzə cıxmaq istəmir. Əsas rolda cıxış edən, Mədinə xanım da mikrofon önündə danışmaqdan imtina edir. "Hər şeyi sahə müvəkkili Rüfət Qasımzadə cox gözəl bilir"- deyə söyləyir.
Az sonra polis kapitanı R.Qasımzadə peyda olur. Sahə müvəkkilidə mikrofon önündə danışmaq istəməyərək sadəcə "BOŞ ŞEYDİ, BAŞ QOŞMAĞA DƏYMƏZ" deyə əda ilə, bir azda da təkəbbürlə söylənir. Ona öz vəzifəsini başa salmaq istəsəkdə "Qırxında öyrənən, görunda çalar" məsəlini xatırladığımızdan fikrimizdən vaz keçirik.
Zübeydə ananın üzləşdiyi vəziyyəti qonşularda yaxşı bilrlər. Sadəcə, "İki qonşu arasına girmək istəmədiklərini" deməklə Zübeydə ananın üzləşdiyi haqsızlıqlara etiraz etməkdən cəkinirlər.
Sonda onu demək istəyirik ki, Ulu Tanrının yaratdığı hər bir insan qocalmağa məhkumdur. Bu gün gəncliyi, gözəlliyi ilə qürrələnən gənc sabah yaşlı insana cevriləcək. Bəlkə də Zübeydə ananın vəziyyətindən də ağır, məşəqqətli həyat yaşamalı olacaq. Ona görə də, hər birimizi gözləyən imtahana hazır olmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB