Sabah Bakıda 32 dərəcə isti olacaq PROQNOZ

Sabah Bakıda 32 dərəcə isti olacaq PROQNOZ

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, iyunun 6-da paytaxtda və yarımadada havanın temperaturu gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq: "Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə