Şirvan şəhərinin Baş planının ilkin layihəsi içtimaiyyətə təqdim olunub FOTO

Şirvan şəhərinin Baş planının ilkin layihəsi içtimaiyyətə təqdim olunub FOTO

Şirvan şəhərinin Baş planının ilkin layihəsi içtimaiyyətə təqdim olunub. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nə və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinə uyğun olaraq "Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması" layihəsinin icrası, müvafiq satınalma proseduru əsasında Azərbaycan şirkəti "İNTEGRİS" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, oxşar layihələrdə uğurlu təcrübələrə malik Litva Respublikasının "Vilnüs planas" müəssisəsi və "HNİT-BALTİC" Qapalı Səhmdar Cəmiyyətini cəlb etməklə həyata keçirilib. Layihə çərçivəsində Şirvan şəhərinin baş planı, müvafiq ərazinin müfəssəl planlaşdırma layihəsinin hazırlanması, Dövlət şəhərsalma kadastrı coğrafi informasiya sisteminin (DŞKCİS), yeni tikililərin reyestrinin və şəhərin 3D modelinin yaradılması və tətbiqi həyata keçiriləcəkdir.

"Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması" layihəsinin növbəti mərhələsi olaraq "İNTEGRİS" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən beynəlxalq təcrübəyə, xüsusən də Litva təcrübəsinə əsaslanaraq Şirvan şəhərinin baş planı da hazırlanmışdır. Hazırlanmış Baş plan layihəsinin Şirvan Şəhər İcra Hakimiyyətində təqdimatı keçirilmişdir. Təqdimatda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 müavini və məsul işçiləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, Şirvan şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Təqdimat mərasimini giriş sözüylə Şirvan şəhər ivra hakimiyyəti başçısının 1-ci müavini Samit Abıyev açdı. Lahiyənin memarı Yeganə Hacıyeva təqdimat iştirakçılarına Baş plan layhəsi barədə, tətbiq olunan yeniləklər haqqında ətraflı məlumat verərək bildirib ki, Baş plan layihəsi iki mərhələni -- I mərhələ olaraq 2020-ci ilə qədər olan dövrü, II mərhələ isə perespektiv olaraq 2033-cü ilə qədər olan dövrü əhatə edəcəkdir. Yeni layihəyə əsasən şəhər ərazisi 8 min ha yaxın artmaqla 88 min ha çatdırılacaq. Bu ərazidə 100 min nəfər rahat yaşaya biləcək. Belə ki, 1 nəfərə düşən orta yaşayış sahəsi 25 kv. metr təşkil edəcək. Buda indikindən 9 kv. metr çoxdur.

Ümumiyyətlə, yeni şəhər salmada yaşıllıq zolaqlarıda geniş ərazini əhatə edəcək. Şəhərin mərkəzindən keçən və hər cür problemlər yaradan dəmir yolu xəttidə şəhər ərazisindən götürüləcəkdir. Layihəyə əsasən Hacıqabul gölünün ekaloji cəhətdən təmiz vəziyyətə gətirilməsi və yeni yaşayış massivinin salınması üçün tədbirlərin görülməsidə nəzərdə tutulub.

Qeyd edək ki, yeni layihənin üstünlüyü həm də ondadır ki, ilk dəfə olaraq şəhərin Baş Planının kadastrıda yaradılıb. İNTEGRİS MMC-nin direktoru Ceyhun Zeynalov yaradılan baş planın kadastrını barədə ətraflı məlumat verib. Sonra lahiyənin müzakirəsi keçirildi. Şəhər ictimaiyyətindən xahiş olundu ki, yeni hazırlanan baş plan haqqında 2 ay müddətinə əlavə təkliflərin versinlər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə