Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə 30 may – 4 iyun 2014-cü il tarixlərdə Bakı şəhərində intellektual oyunlar üzrə üçüncü beynəlxalq "Caspian Cup" ("Xəzər kuboku") turniri keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbər görə, turnirdə Azərbaycan, Rusiya Federasiyası, Almaniya, İsrail, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Estoniya və Moldovadan olan 53 komanda "Nə? Harada? Nə zaman?", "Breyn-Rinq" və "Xəmsə" milli intellektual oyunu üzrə yarışlarda qalibiyyət uğrunda mübarizə aparıblar. Üç oyunun nəticələrinə görə ümumi hesabda qaliblər müəyyən edilib.
"Nə? Harada? Nə zaman?" oyunu üzrə qaliblər:
- 1-ci yer - Maksim Potaşovun komandası (Rusiya, Moskva);
- 2-ci yer - "Pentium" komandası (Gürcüstan,Suxumi);
- 3-cü yer - "Qvardiya" komandası t(Rusiya, Moskva).
"Breyn-Rinq" oyunu üzrə qaliblər:
- 1-ci yer - "Qvardiya" komandası (Rusiya, Moskva);
- 2-ci yer - "Blenderin oyunu" komandası (Qazaxıstan, Astana);
- 3-cü yer – Nigar İbrahimovanın komandası (Azərbaycan, Bakı)
"Xəmsə" milli intellektual oyunu üzrə qaliblər:
- 1-ci yer - Maksim Potaşovun komandası (Rusiya, Moskva),
- 2-ci yer - "Qalaxad" komandası (Gürcüstan,Tbilisi)
- 3-cü yer – Nigar İbrahimovanın komandası (Azərbaycan, Bakı)
Qaliblərə ənənəvi olaraq turnirin kuboku, eyni zamanda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən təsis edilmiş müxtəlif qiymətli hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB