Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov İmişlidə vətəndaşları qəbul edib. Komitədən SİA-ya verilən məlumata görə, İmişlidə yerləşən Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Q.Məmmədov Biləsuvar, Beyləqan, Saatlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarından olan 40-dan çox vətəndaşı qəbul edib.
Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və sair müəyyən texniki qüsurlara yol verildiyi barədə müraciətlər edib.
Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə Komitəyə aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə qəbul günü yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB