Zakir Həsənov ABŞ müdafiə naziri ilə görüşdü

Zakir Həsənov ABŞ müdafiə naziri ilə görüşdü

İyunun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri -NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizlik məsuliyyətinin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstanda prezident seçkiləri və cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası, onun başlaması üçün lazım olan hüquqi çərçivənin son vəziyyəti, ABŞ-ın Qətiyyətli Dəstək missiyasına bu yaxınlarda bəyan etdiyi qüvvə sayının bu əməliyyatın planlamasına müsbət təsir göstərməsi məsələləri müzakirə olunub.

NATO Baş Qərargahına səfəri çərçivəsində general-polkovnik Z.Həsənov ABŞ-ın Müdafiə katibi Çak Heygel ilə ikitərəfli, Türkiyə və Gürcüstan həmkarları ilə isə üçtərəfli formatda görüşlər keçirib.

İyunun 4-də axşam Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Vətənə dönüb.

Bütün xəbərlər Facebook səhifəmizdə