İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü

İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü

Türkiyənin Bodrum şəhərində İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüb. Bodrum Hilton otelində baş tutan görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi yolları və beynəlxalq məsələlər müzakirə edilib.

Nazarbayev və Əliyev görüşdə xüsusilə iqtisadi, ticarət, neft, təbii qaz, nəqliyyat sektorlarında əlaqələrin daha da gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə öz adından və xalqımızın adından təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə