Azərbaycan Prezidenti türkmənistanlı həmkarı ilə görüşdü

Azərbaycan Prezidenti türkmənistanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyənin Bodrum şəhərində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Bodrumda səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə