Azərbaycanda qeyri-sabit hava şəraiti bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında iyunun 5-də havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında iyunun 5-də havanın temperaturu gecə 15-20, gündüz 18-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB