Qafqaz Albaniyası etnosları müzakirə ediləcək

Qafqaz Albaniyası etnosları müzakirə ediləcək

İyunun 10-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutu (İHİ) və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə "İnsan hüquqları kontekstində Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi" mövzusunda beynəlxalq konfrans işə başlayacaqdır.

AMEA-nın Konfliktologiya və İnsan Hüquqları İnstitutundan bildirmişlər ki, tədbirdə "Qafqaz Albaniyası irsinin qorunmasında beynəlxalq təşkilatların rolu", "Dini azlıqların hüquqlarına riayət olunması sistemində müxtəlif konfessiyaların tarixi və mədəni abidələri", "Dini azlıqların hüquqlarının genezisi", "Tolerantlıq milli mədəniyyətin və hüquq düşüncəsinin bir hissəsi kimi", "Qafqaz Albaniyasının hüquq sistemi" və digər mövzular müzakirə ediləcəkdir.

Konfrans iyunun 11-də başa çatacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə