Azərbaycan-Tacikistan əməkdaşlığı genişlənir

Azərbaycan-Tacikistan əməkdaşlığı genişlənir

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin iqtisadi inkişaf və ticarət naziri, Tacikistan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Şarif Rahimzoda ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev ilə Emoməli Rəhmon arasında səmimi münasibətlərin olduğu qeyd edilmişdir. İki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin zəruriliyi vurğulanmışdır.

Tərəflər bu il Düşənbədə Azərbaycan iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsi, ölkəmizin sənaye məhsullarının sərgisinin təşkili, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq, eləcə də birbaşa hava reysinin açılması məsələlərini müzakirə etmişlər.

Görüşdə geologiya, hidroenergetika-kiçik su elektrik stansiyalarının tikintisi, Tacikistan iqtisadiyyatına Azərbaycanın dövlət və özəl sərmayəsinin cəlb edilməsi və digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmışdır. Həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulamışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə