Naxçıvanın 90 illiyi qeyd edildi FOTOLAR

Naxçıvanın 90 illiyi qeyd edildi FOTOLAR

Bu gün Həmrəy Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi "Naxçıvan: tarix, müasirlik və gənclik" mövzusunda tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən təşkilatın sədri Yəhya Babalı vurğulayıb ki, tədbir Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunub.

Onun sözlərinə görə, tədbiri keçirməkdə məqsəd Azərbaycanın ayrılmaz tərkib hissəsi, hazırda blokada şəraitində olan Naxçıvana gənclərin diqqətini yönəltmək, qədim dövlətçilik ənənələrə, zəngin mədəni irsə, mükəmməl coğrafi mövqeyə malik, görkəmli elm xadimləri, təkrarolunmaz sənətkarları, əvəzolunmaz tarixi şəxsiyyətləri ilə tanış etməkdir: "Bununla belə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında mühüm rol oynayan bu diyarın muxtar respublika statusunun tarixi əhəmiyyəti barədə gənclərin maarifləndirilməsinə dəstək verməkdir. Elə rəhbəri olduğum təşkilat da Azərbaycanda yaşayan gənclərin həmrəyliyinə nail olmaqla, onlar arasında milli-mənəvi dəyərlərin qorunmasına, sağlam həyat tərzinin təbliğinə və gənclərin inkişafı naminə həyata keçirilən birgə tədbirlərdə iştirak etmək və onların maarifləndirilməsinə dəstək vermək məqsədi ilə təsis edilib. Biz bu cür tədbirlərin keçirilməsini gələcəkdə də davam etdirəcəyik".

Tədbirdə Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Vəli Əliyev "Naxçıvan: qədim tarix, zəngin mədəniyyət", Tarix İnstitunun "Əliyevşunaslıq" şöbəsinin müdiri "Naxçıvan: Heydər Əliyev və müasirlik" və digər qonalqar məruzələrlə çıxış etdilər. Qeyd edək ki, tədbirdə millət vəkilləri, alimlər, tarixçilər, tələbələr və KİV nümayəndələri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə