YAP Yasamal Rayon Təşkilatı Qadınlar Şurasının üzvləri 34 saylı Uşaq Bağçasında olub

YAP Yasamal Rayon Təşkilatı Qadınlar Şurasının üzvləri 34 saylı Uşaq Bağçasında olub

Bu gun Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı Qadınlar Şurası 34 saylı Uşaq Bağçasında "Uşaqların beynəlxalq müdafiəsi günü" münasibətlə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova deyib ki, 1 iyun bütün dünyada "Uşaqların beynəlxalq müdafiəsi günü" kimi qeyd olunur: "Müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev uşaqlara böyük sevgi və qayğıyla yanaşırdı. Bu baxımdan ölkəmizdə internat məktəblərində, uşaq evlərində yaşayan uşaqlara onların hüquqlarının müdafiəsinə böyük diqqət yetirilir".

T.Şahbazova qeyd edib ki, uşaqlar cəmiyyətimizin sabahıdır: "Onların qayğısız böyüməsi yüksək standartlara cavab verən təlim tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi bizim əsas məqsədimizdir".

Daha sonra uşaqların ifasında şeirlər səslənib. Onlar üçün musiqili əyləncəli oyunlar təşkil edilib.

Sonda uşaqlara hədiyyələr paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə