1875 qanun pozuntusu faktı aşkarlanıb

1875 qanun pozuntusu faktı aşkarlanıb

Cari ilin may ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1 857 fakt aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq olunub.

Tətbiq olunmuş cərimələr üzrə son bir ay ərzində dövlət büdcəsinə ödənilən məbləğ müqayisə olunan dövrə nisbətən 95 dəfədən də çox artaraq 148 124 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə